MBH sədri əfv ərizəsi yazmamasının səbəbini açıqladı:
“İstəmirəm adım əfv siyahısında İlham Əliyevin masasına getsin”
Müsəlman Birliyi Hərəkatının həbsdə olan lideri Hacı Tale Bağırzadə əfv ərizəsi yazmamasının səbəbini açıqlayıb.
SəhərAzəri-nin məlumatına görə, Bununla bağlı həyat yoldaşı Leyla İsmayılova verdiyi açıqlamada söyləyib. O deyib: “Hacı Tale ümumiyyətlə əfv siyahısına adının düşməyini istəməyən bir insandır. Əvvəllər də vurğulamışdı ki, onun adının əfv siyahısında İlham Əliyevin masasına getməsini istəmir.”
Xatırladaq ki, Tale Bağırzadə 2015-ci ildə Nardaranda keçirilən polis əməliyyatında həbs olunub. O, qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox maddə ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiçələri bu ittihamların saxta olduğunu vurğulayır və Bağırzadənin sadəcə olaraq siyasi baxışına görə məhbəsə atıldığını deyirlər.