May 10, 2023 21:22 Asia/Baku
  • Heydər Əliyev İranda yaşamış minlərlə azərbaycanlının qırğınına səbəb olub

Heydər Əliyev sovet hakimiyyəti zamanı vəzifədə olarkən Səddam rejimini İrana qarşı qorxunc silahlarla təchiz etməsində böyük rolu olmuş və bunun nəticəsində isə, minlərlə təbrizli , ərdəbilli, zəncanlı və urmiyalı vətəndaşlarımızın şəhid edilməsinə səbəb olmuşdur. Bu azmış kimi, Türkiyəyə qarşı PKK-nı dəstəkləyərək onları silahlandırmış və nəticədə yüzlərlə türkün həlak edilməsinə bais olmuşdur.

SəhərAzəri-nin məlumatına görə, 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olan kürd əsilli Heydər Əliyev hələ gənc yaşlarında SSR-nin təhlükəsizlik orqanlarında xidmət edib. Sovet ideologiyası təsiri altında təhsil aldıqdan sonra SSR təhlükəsizlik komitəsində bölmə rəisi, əks-kəşfiyyat şöbəsinin rəisi və sədr müavini vəzifələrinə təyin edilib. O, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi, SSRİ Ali Sovetinin deputatı daha sonra bu Ali Sovetin sədr müavini vəzifəsində işləyib.  Əliyevin bu illərdə Azərbaycana xidmət etdiyi iddialar edilsə də heç də belə olmadığı əksinə o, öz mənafeyini güdərək mövqeyində qaldığı faktlar əsasında tam sübuta yetirilib.

1990-cı ilədə törədilmiş qanlı yanvar hadisəsi zamanı hələ Moskvada olan Əliyev sadəcə olaraq xalqın ən ağrılı günündə hadisəni törədənlərin cəzalandırılmasının tələbi ilə kifayətlənib. 1990-cı ildə Naxçıvana getmiş və yalnız müstəqillikdən sonra Azərbaycana gələrək ölkədə baş vermiş hərc mərcliklər və yaranmış Qarabağ gərginliyi, sovetin caynağından təzəcə çıxmış 70 illik əsarətin yaratdığı durğunluq zamanı onun ölkədə siyasi arenada çıxışına imkan yaratmışdır. Bütün bunlara baxmayaraq Əliyev həmişə öz mənafeyini xalqın mənafeyindən üstün saxlamış özünün məkirli planlarının icrasına həmişə fürsət axtarmışdır. O, 1993-2003-cü illər prezidentliyi dövründə, ölkədə avtoritar sistemin hakim olması, qərbin yüksək nüfuz qazanmasına şərait yaranması, eləcə də qondarma sionist rejimin Qafqaza ayaq açması kimi xarici siyasi xəttini, daxildə isə, hələ də sovet ideoloji kommunist sisteminin ölkədə dinin qalmış “kötükləri “ üzərində sekolar yönümlü baxış yaratmış və Azərbaycan xalqının mənəvi irsinin yad əllərdə qalmasına gətirib çıxarmışdır.

Ən əsası isə, İran-İraq müharibəsində azərbaycanlıların qırğına verilməsi bəhanəsini gətirən indiki rejimin iddialarının tam əksinə olaraq, Heydər Əliyev PKK terror təşkilatına tam dəstək durmuş və eləcə də cinayətkar Səddamın 8 illik İrana qarşı apardığı müharibəyə əsaslı dəstək göstərmiş və bu rejimin silah təchizatında həll edici rol ifa etmişdir.

Onun guya azərbaycanın müstəqilliyini bərpa edən birinci şəxs olması müddəası isə tam bir yalan olduğu, əslində ilk demokratik respublikanın qurucusu Məmməd Əmin Rəsulzadənin atdığı addımlara kölgə salınması, ölkədə Əliyev heykəllərinin çoxaldılması planları buna ən kiçik misallardan sayıla bilər.

Hazırda Əliyevin diktator rejimi sanki ölkəni öz mirası bilərək çapıb talaması bəs etməmiş kimi, bu diktatorluğun 100 illiyi bəhanəsilə öz xulyalarını davam etdirməsi onun heç də hədəfindən kənar qalmadığından bir daha xəbər verməkdədir.

Teqlər