Daha bir qazi dünyasını dəyişdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i399854-daha_bir_qazi_dünyasını_dəyişdi
Tayfa rejiminin Qarabağ qazilərinə qayğıkeşliyi sual altındadır
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 13, 2023 10:02 Asia/Baku
  • Daha bir qazi dünyasını dəyişdi

Tayfa rejiminin Qarabağ qazilərinə qayğıkeşliyi sual altındadır

44 günlük müharibədən sonra xərçəng xəstəliyinə tutulan qazi vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsi qazisi Bakıxan Babayev müharibədən sonra xərçəng xəstəliyinə tutulub. Bakıxan uzun müddət müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!

Qeyd edək ki, qazilər arasında intihar hallarının artması da Azərbaycan ictimaiyyətində narahatlıqla qarşılanır. 2020-ci il müharibəsindən sonra 50-yə yaxın qazi müxtəlif səsəblər üzündən canına qıyıb, hakimiyyət isə Şuşada musiqi festivalları ilə məşğuldur.