May 13, 2023 14:17 Asia/Baku
  • Azərbaycan-Ermənistan sərhədində Zod qızıl mədəni ətrafında döyüşlər davam edir

Hər iki tərəfdən itki var.

Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Qeqarkunik rayonu sərhədindəki Zod qızıl mədəni ətrafında cümə günü axşam Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında artilleriya döyüşləri davam edib.

Axşam saatlarında ermənilər bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni qüvvələri hücum pilotsuz uçuş aparatlarından və müxtəlif çaplı atıcı silahlardan istifadə edib. Nəticədə bir əsgər həlak olub.

Ermənistan tərəfi də Azərbaycanın pilotsuz təyyarə və minaatanlardan istifadə etməsi, Kut və Zod kəndlərini atəşə tutması barədə məlumat verib.

Qeyd edək ki, bundan əvvəlki toqquşmada 4 erməni əsgər yaralanmışdı.

 

 

Teqlər