Azərbaycanda leysan sel ciddi ziyan törədib
May 27, 2023 14:10 Asia/Baku
Azərbaycanın qərbində güclü yağışlar davam edir ki, bu da sel və daşqınlara səbəb olur.
SəhərAzəri, Turan xəbər agentliyinə istinadən bildirdirir ki, ötən axşam leysan yağışları bir həftədə ikinci dəfə Gəncə şəhərində daşqına səbəb olub.
Ancaq ən çox qonşu Goranboy rayonunun dağ kəndlərinə ziyan dəyib.
Ən böyük ziyan Ağcakənd qəsəbəsinə dəyib. Avtomobil və mal-qaranı sel aparıb. Yaşayış evlərinə və təsərrüfat binalarına ziyan dəyib. Əkin sahələrinə, ev heyvanlarına və infrastruktura ciddi ziyan dəyib.
Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi video təbii fəlakətin miqyasından xəbər verir.