Azərbaycanın qumarbaz diplomatından nə xəbər?
Cari milad ilinin əvvəllərində XİN-in külli miqdarda pulunu mənimsəməkdə ittiham edilən Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov hələ azadlıqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Artıq Nəcib Osmanovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Bu sözləri jurnalist Həbib Müntəzir öz Feysbuk səhifəsində yazıb.
“Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır, amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Nəcib Osmanov pulları qumarda uduzduğunu bildirib”, – H.Müntəzir qeyd edib.
Qeyd edək ki, vəsait 2021-ci ilin mayından 2022-ci ilin fevralına qədər olan kommunal xərclərə aiddir.
Attaşe külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.
Bildirilir ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub:
“İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib.