İran və Azərbaycan Şimal-Cənub dəhlizinin tamamlanmasını vurğulayır
İranın yol və şəhərsalma naziri və Azərbaycanın baş nazirinin müavini telefon danışığında iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını, xüsusilə də Şimal-Cənub dəhlizinin tamamlanmasını vurğulayıb, siyasi əlaqələrin yaxşılaşmasına ümid etdiyini bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Mehrdad Bəzrpaş ilə Şahin Mustafayev arasında çərşənbə axşamı telefon danışığı olub.
Telefon danışığı zamanı iranlı nazir Şimal-Cənub dəhlizini strateji dəhliz hesab edib və birgə komissiyanın gündəliyində olan layihələrin həyata keçirilməsini vurğulayıb.
O, həmçinin iki ölkə arasında siyasi əlaqələrin sürətlə yaxşılaşacağına ümid etdiyini bildirib.
Şahin Mustafayev də öz növbəsində Qurban bayramını öncədən təbrik edib və iki ölkə arasında münasibətlərin yaxşılaşmasından məmnunluğunu ifadə edib.
O, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Telefon danışığı zamanı tərəflər iki ölkənin Birgə İqtisadi Komissiyasının əməkdaşlığının digər sahələrini, o cümlədən nəqliyyat, tranzit, su, enerji və s.. də müzakirə ediblər.