Söyüdlüdə həbslər davam edir
Turan xəbər agentliyi Gədəbəya rayonunun Söyüdlü kəndindən həbs edilənlərin öz ailələri ilə əlaqə yarada bilmədiklərindən xəbər verib.
“Həbs edilənlər saxlanıldıqdan sonra ailələri ilə əlaqə saxlamayıblar. Bundan bqaşqa onlardan biri - Zeynalov Zahid Əli oğlu saxlanılarkən xəsarət alıb. İyunun 22-də daha üç kənd sakini saxlanılıb.”-, məlumatda deyilir.
Turan bu barədə DİN-dən şərh almağın mümkün olmadığını xatırladır.
Digər tərəfdən hökumət məmurları tərəfindən vətəndaşalrın hüquqlarının pozulmasını ligitimləşdirmək missiyasını yerinə yetirməklə məşğul olan
“İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva”nın adamları
Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) baş çəkiblər və bu insanların nəyə görə saxlanıldığını deyil, onların saxlanma şəraitini soruşublar. Bu formal görüşdə ombudsmanın adamları başa düşüblər ki, saxlanılan şəxslərin, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri yox imiş.
İyunun 20-də Gədəbəy rayonunun söyüdlü kəndinin sakinləri "Gədəbəy" yatağında mədən qızılının hasilatı və emalı müəssisəsinin çirkab suları üçün süni su anbarının yaradılmasına etiraz ediblər. Etirazçılar yaşadıqları ərazilərdə ətraf mühitin məhv edilməsi və otlaqların istifadədən çıxarılması ilə artıq orada yaşamağın mümkün olmadığını bildiriblər.
Polis xüsusi vasitələrdən istifadə edərək aksiyanı dağıdıb. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın insan xəsarət alıb. Etirazçılardan beşi inzibati qaydada həbs olunub, bir aksiya iştirakçısı isə cərimə olunub.