Avq 24, 2023 17:55 Asia/Baku
  • İnanclı məhbusun sağlamlığı təhlükədədir

Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəalı Ceyhun Balaşov avqustun 23-də polis nəzarətinə verilərək mülki xəstəxanaya köçürülüb.

SəhərAzəri-nin məlumatına görə, Müsəlman Birliyi Hərəkatı bildirilib ki, Ceyhun Balaşovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və həbsdən azad edilməsi barədə qərarı Lənkəran Ağır Cinayətlər Məhkəməsi çıxarıb.

Avqustun 23-də 1 saylı Bakı İstintaq Təcridxanasında onun vəziyyəti kəskin pisləşib və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

"Xəstəxanadan bizə bildirilib ki, Balaşov süni nəfəs aparatına qoşulmuş vəziyyətdə daxil olub. Aldığı travma nəticəsində beynində qematoma və çuxurlar yaranıb", - Müsəlman Birliyi Hərəkatından bildirilib. 

İyulda Balaşov məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı iddiaları təkzib etdikdən və narkotiki onun üzərinə polis əməkdaşlarının özləri qoyduğunu dedikdən sonra istintaq təcridxanasında fiziki təzyiqə məruz qalıb.

Həbsdə onun fiziki təzyiqə məruz qaldığı bildirilsə də, Penitensiar Xidmət bu xəbərləri təkzib edib.

Balaşov bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Azərbaycan Respublikasında inanclı onsanların həbsi üçün çoxdandır ənənəyə çevrilən narkotiklə ittiham olunur. Bu ittiham heç vaxt öz təsdiqini tapmasa və ümumi fikir tərəfindən inandırıcı görünməsə də, Azərbaycan hakimiyyəti hələ də ondan istifadə edir.

 

 

 

Teqlər