Qarabağ ermənilərinin köçü davam edir
Ermənistan mediyaları rəsmi mənbələrə istinadla bu gün səhər saat 08:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 65 036 nəfərin köçdüyünü bildirirlər.
Qarabağı tərk edənlərin sayı ilk gün üçün təxminən 5 min nəfər təşkil edirdisə bu rəqəm sutka üçün 20 min nəfəri keçib.
Azərbaycan Respublikası Qarabağı tərk edən ermənilərin statistikasını təqdim etmir və Ermənistanın bu barədə yaydığı məlumatlara da heç bir etiraz səsləndirmir.
Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanı tərk edən ermənilərin dəqiq və intensive şəkildə qeydiyyata alınıb-alınmaması da bəlli deyil. Separatçıların nümayəndələrindən olan Samvel Babayanın Laçın sərhəddindən heç bir maneə olmadan sərbəst şəkildə keçdiyini deməsi Laçın sərhəd-buraxılış məntəqəsində ciddi qeydiyyatın həyata keçməsi barədə şübhələrə yol açıb.
Mediya nümayəndələrinin Laçın sərhəd-buraxılış məntəqəsindən yaydıqları görüntülərdə Azərbaycanı tərk edən ermənilərn heç biri bunun səbəbini açıqlamırlar. Onların “niyə Qarabağı tərk edirsiniz?” sualına vahid cavabı düşündürücüdür: “Bilmirik”