Okt 05, 2023 14:25 Asia/Baku
  • Əliyev Qranadaya Rusdan çəkindiyi üçün getmədi

Sentyabrın 26-da Hikmət Hacıyevin Qriqoryanla konstruktiv adlandırdığı görüşdə 5 oktyabrda Əliyev və Paşinyanın Qranadada növbəti görüşü qərarlaşdırlmışdı. Lakin İlham Əliyev bu görüşə getmədi. Çünki aqibətindən qorxurdu.

  Maraqlıdır, Türkiyə mətbuatında geniş hay-küyə səbəb olan Ərdoğanın guya xəstələnməsi bəhanəsi ilə İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitinə getməməsi ardından Azərbaycan prezidenti İlham Əliyevin də buna formal olaraq qatılmaması xəbərləri yayıldı.

  Lakin, əsas məsələ Ərdoğanın bu görüşə qatılmasına birbaşa Fransa və Almaniyanın qarşı çıxması və bununla paralel olaraq Əliyevin rəsmi Kremldən çəkindiyi üçün görüşə getməməsidir. Açıq aydındır ki, Paşinyanın tənbeh müddəti bitənədək siyasi təzyiqlərin daha da artacağını hiss edən İlham Əliyev bu məsələdə də özünün asılılığını tam göstərmiş oldu.

  Azərbaycan və Ermənistanın ölkə başçılarının belə tez bir zamanda görüşünün baş tutmayacağı öncədən bəlli idi. Lakin, yaxın gələcəkdə daha hansı oyunların başlayıb, hansı oyunların bitəcəyi ilk növbədə erməni işğalçıları altında torpaqları ancaq Rusun icazəsi ilə Ermənistanın tənbehi üçün azad edən Azərbaycan prezidentini ciddi narat edəcəyi görülməkdədir.

 

 

Teqlər