Okt 29, 2023 15:31 Asia/Baku
  • Azərbaycanda daha bir inanclı narkotiklə şərlənib

İlhahiyyatçı Süleyman Əkbərov həbs edildi

26 oktyabr tarixində "50 qəpik" restoranında saxlanılan idman müəllimi Süleyman Ələkbərovun məhkəməsi keçirilib.

"Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, ailəsi iki gün Suleymanı axtarıb, sonradan isə vəkili şiə inanclısının Nəsimi Rayon Məhkəməsinə çıxarıldığını öyrənib.

Məlum olub ki, 28 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Süleyman Ələkbərov haqqında Azərbaycan CM-nin 234.4.3 maddəsi (külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı və istehsalı) ilə 4 aylıq istintaq müddəti təyin edib.

Qeyd olunur ki, Süleyman Ələkbərov Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncəyə məruz qalıb.

İlahiyyatçı Süleyman Ələkbərov Müsəlman Birliyi Hərəkatının üzvüdür.

Müsəlman Birliyi Hərəkatının üzvləri adətən sistemləşdirilmiş narkotik ittihamı ilə saxlanılırlar.

Xatırladaq ki, 2023-cü ilin ilk günlərindən ölkədə geniş həbs dalğası Azərbaycan gündəminin əsas mövzusu olub. Bu müddətdə 2 mindən çox inanclının həbs olunduğu bildirilir.

 

Teqlər