Dek 13, 2023 12:01 Asia/Baku
  •  Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,4 dollar və ya 2,99% azalaraq 77,82 ABŞ dolları olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Teqlər