Avq 24, 2024 17:42 Asia/Baku
  • Avropa İttifaqı xristianlaşmış doktorantın həbsindən narahatdır

Avropa İttifaqı dinini dəyişərək xristianlığı qəbul etmiş və Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişədə hər iki tərəfə eyni münasibət bəsləmiş politoloq Bəhruz Səmədovun həbsindən narahat olduğunu bildirib.

Avropa İttifaqı Azərbaycanı jurnalist və alimlərin həbs dalğası fonunda hökuməti açıq şəkildə tənqid etdikdən sonra həbs edilmiş gənc politoloqun hüquqlarına hörmət etməyə çağırıb.

Aİ-nin xarici məsələlər üzrə nümayəndəsi Piter Stano POLITICO nəşri ilə söhbətində bildirib ki, Brüssel "Cənubi Qafqazda sülhün tərəfdarı olan gənc alim", Praqada Karlov Universitetinin doktorantı Bəhruz Səmədovun işini "narahatlıqla" izləyir.

Cümə günü Bakının Səbail Rayon Məhkəməsi Bəhruz Səmədovu 4 ay müddətinə həbs edib. Səmədova Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət).maddəsi ilə ittiham irəli sürülüb.

Vəkilinin bildirdiyinə görə o, ancaq Ermənistanla Azərbaycan arasında sülh istəyirmiş. O, araşdırmalarında hər iki tərəfin problemlərini əks etdirirdi.

Bəhruzun Nənəsi Zibeydə Osmanovanın dediyinə görə onun saxlanıldığı gün Vəfa adlı bir vəkil ona zəng edib və Səmədovun "dövlətə xəyanətdə" şübhəli bilindiyini, ermənilərlə yazışmasının aşkar edildiyini, onların sifarişi ilə məqalələr yazdığını deyib.

 

Teqlər