Azərbaycan paralimpiyanı 11 medalla başa vurdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i414320-azərbaycan_paralimpiyanı_11_medalla_başa_vurdu
Azərbaycan təmsilçiləri Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 08, 2024 11:04 Asia/Baku
  • Azərbaycan paralimpiyanı 11 medalla başa vurdu

Azərbaycan təmsilçiləri Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.

    SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Paris-2024 Yay Paralimpiya Oyunlarına qatılan idmançıları 4 qızıl, 2 gümüş, 5 bürünc medalla rəqabətlərini yekunlaşdırıblar.

  Parataekvondo üzrə 70 kq çəki dərəcəsində İmaməddin Xəlilov, uzunluğa tullanmada T12 kateqoriyası üzrə Səid Nəcəfzadə, uzunluğa tullanmada T13 kateqoriyası üzrə Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə qızıl və 400 metr məsafəyə qaçış üzrə gümüş, Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmək üzrə gümüş və 100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək üzrə 2 bürünc, Paratekvandoda 58 kq çəki dərəcəsində Sabir Zeynalov, 100 metr məsafəyə brass üsulu ilə üzmək üzrə Vəli İsrafilov, paracüdo üzrə pulus 90 kq dərəcəsində İlham Zəkiyev bürünc medala sahib çıxıblar.

  Paris-2024 Yay Paralimpiya Oyunlarını bu gün başa çatır.