Başqa bir dindara 3 il həbs verilib
Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsi "Müsəlman Birliyi" Hərəkatının üzvü Həsən Abbaszadəni üç il müddətinə azadlıqdan məhrum edib.
SəhərAzəri-nin məlumatına əsasən, Abbaszadə digər dindarlar kimi narkotik ittihamı ilə saxlanılıb. Ona bu ittihamla da hökm verilib.
Həbdən əvvəl Abbaszadə video yayaraq, ittiham olunduğu cinayətlərdə özünün təqsirsiz olduğunu bildirib. Onun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, Abbaszadə təzyiq altında ifadə verib.
İstintaq zamanı bir sıra prosessual-hüquqi tələblər də pozulub: İddia edilən "narkotik maddənin əldə edildiyi və satıldığı" iddia edilən yerlərdə videokameralardan qeydlərə baxılmayıb.
Saxlanmadan sonra iki saat ərzində onun üzərində axtarış aparılmayb, onun seçimi üzrə vəkil dəvət edilməyib, evində axtarış aparılmayıb,”- Vəkil Sadıqova deyib.
Qeyd edək ki, MBH-nın üzvü dindar Həsən Abbaszadə dəfələrlə həbsə məruz qalmışdır.