Noy 05, 2024 13:48 Asia/Baku
  • Vaqif Sadiqov Tiqran Balayanı öldürəcək?

Ermənistanın Aİ-dəki nümayəndə heyətinin başçısı Tiqran Balayan azərbaycanlı həmkarı Vaqif Sadıqov tərəfindən ölümlə hədələndiyini iddia edir.

  SəhərAzəri-nin məlumatına əsasən, politico nəşrinin yazdığına görə, Ermənistanın səfirliyi bu barədəki şikayətinin surətini digər diplomatik nümayəndəliklərə göndərib.

  POLITICO iddia edir ki, həmin məktubun surətini görüb və orada Ermənistan səfiri Tiqran Balayanın Azərbaycan səfiri Vaqif Sadıqov tərəfindən “şifahi hücuma və hədə-qorxuya məruz qalması” iddia edilir. Hadisənin Brüsseldəki Tangla otelində Türkiyə səfirliyinin ölkənin milli günü şərəfinə təşkil etdiyi ziyafətdə baş verdiyi bildirilir. Nəşr xatırladır ki, bu Türkiyənin Brüsseldəki diplomatik korpusunda keçirilən tədbirə Ermənistan nümayəndəsinin qatıldığı ilk hadisədir.

  Bununla belə, POLITICO-ya danışan Sadıqov hadisənin baş verdiyini təkzib edərək, bu cür iddiaların “gülməli” olduğunu deyib.

  “Mənim heç bir məktub və ya iddiadan xəbərim yoxdur – erməni diplomatlar istədiklərini iddia edə bilərlər”, o əlavə edib. Ermənistan səfirliyi də mövzu ilə bağlı əlavə şərh verməkdən imtina edib.

 

Teqlər