Noy 17, 2024 14:32 Asia/Baku

Azərbaycan Respublikasının paytaxtı Bakıda bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalıb.

  Azərbaycana qarşı ədalətsiz mövqeləri ilə tanınan ABŞ konqresinin üzvü Frank Peloni COP29-da iştirak etmək üçün Bakıya səfər edib. Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi onun yerləşdiyi hotelin qarşısına toplaşaraq amerikalı rəsminin Azərbaycana qarşı qərəzli mövqelərinə görə üzr istəməsini istəyiblər onun COP29-a dəvət edilməsini pisləyiblər.  

“O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək”,-Etirazçıların bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, aksiya zamanı Frank Peloni mühafizəçilərinə hücum etmək tapşırığı verib, özü isə on ünvanlanan suallara cavab verməyib.

 “Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.

Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq”,-QHT təmsilçilərinin bəyanatında deyilir.

Bildirilir ki, QHT nümayəndələrini amerikalıların əlindən Azərbaycan polisi xilas edib.

QHT nümayəndələri Frank Peloninin Azərbaycanda mühakimə edilməsini istəyiblər.

“Frank Peloninin mühafizəçiləri eləcə də Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.”- bəyanatda deyilir.

Qeyd edək ki, Müharibə cinayətkarını dəstəkləyən ABŞ hakimiyyəti bu gün işğalçı sionist rejimin Qəzzədə soyqırımı törətməsi, qəzzə zolağında bütün ekologiyanı məhv etməsini dəstəkləyir. Əslində cinayətkar sionist rejimi insanlığın adına utanc gətirən misilsiz vəhşiliklər törətməyə şirnikləndirən elə ABŞ-ın və qərb dövlətlərinin özüdür.  

 

 

Teqlər