Noy 18, 2024 13:03 Asia/Baku
  • Tanınmış ruhani Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi başa çatıb

Rusiya prokuroru Azərbaycan hökumətinin Hacı Zülfüqar Mikayılzadə ilə bağlı “cinayət işi” iddiasının obyektiv sübutlarını sübut edən sənədləri məhkəməyə təqdim etmək üçün Azərbaycan tərəfinə 40 gün vaxt verib.

  Bu məlumata əsasən, Moskvada tanınmış ruhani Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi başa çatıb və əgər Azərbaycan məhkəməsi tutarlı sübutlar təqdim edə bilməsə, ruhani həbsdən azad olunacaq.

Qeyd edək ki, bir neçə ildir Rusiyada yaşayan mübariz və anti-sionist ruhani Hacı Zülfüqar Mikayılzadə Əliyev hökumətinə qarşı guya saxta ittihamlarla çıxış etdiyinə xatir Moskvadan Rusiya şəhərlərindən birinə gedərkən saxlanılıb.

O, artıq iki dəfə Azərbaycanda saxta ittihamlarla həbs edilib və ömrünün təxminən on ilini həbsxanada keçirib.

Qeyd edək ki, son zamanlar azərbaycanlı ruhaninin Rusiyaya, müqavimət cəbhəsinə dəstək çıxışları, bunun əksinə olaraq İsrailin və Qərbin təcavüzkar hərəkətlərini pisləməsi sionistləri ciddi şəkildə narahat edib. Bu səbəbdən İsrail rejiminin xüsusi xidmət orqanları onun Rusiyadan Azərbaycan ərazisinə deportasiyasına nail olmağa çalışırlar.

 

Teqlər