Həbsləri qınayır və hakimiyyətdən bütün siyasi məhbusların azadlığını təbləb edirik
https://azeri.sahartv.ir/news/azərbaycan-i416791-həbsləri_qınayır_və_hakimiyyətdən_bütün_siyasi_məhbusların_azadlığını_təbləb_edirik
Həbsdə olan azərbaycanlı ruhani Hacı Tale Bağırzadə ölkədə son günlərdə baş verən həbslərə münasibət bildirib
(last modified 2024-12-13T02:44:43+00:00 )
Dek 13, 2024 06:33 Asia/Baku
  • Həbsləri qınayır və hakimiyyətdən bütün siyasi məhbusların azadlığını təbləb edirik

Həbsdə olan azərbaycanlı ruhani Hacı Tale Bağırzadə ölkədə son günlərdə baş verən həbslərə münasibət bildirib

 Növbəti həbslər və növbəti dəfə hüquq müdafiəçilərinin hədəfə alınması

Bir neçə il öncə rejim həbslərlə bağlı ehtiyatlı və həssas davranış sərgiləyirdisə, bu gün o, bütün qırmızı xəttləri aşaraq, heç bir narahatlıq yaşamadan bunu həyata keçirməyə davam edir.

Həftənin mənzərəsində məlum medianın son budaqları olan Meydan TV-nin 6 üzvü, insan hüquqlarının qorunması üçün durmadan mücadilə aparan R.Səfərov və A.Qasımlı barəsində cinayət işinin başlanılması, onların şərlənərək həbs edilməsi vəziyyətin nə qədər acınacaqlı duruma düşdüyünü ifadə edir.

Birmənalı olaraq həbsləri, fikir, düşüncə və azad sözə ünvanlı addımları məhkum edir, bütün bunları mövcud idarəçilikdə tənəzzülün son həddinə eniş kimi qiymətləndirirk. Əgər həbs dalğası bu qədər amansız və sərhədsiz hal alıbsa, bu rejimin artıq son mərhələyə qədəm qoyduğunu göstərir.Tarixən hələ elə bir dövlət olmayıb ki, öz xalqına zülm etməklə hakimiyyətini sürdürə bilsin.

Bir daha qətiyyətlə həbsləri qınayır və hakimiyyətdən bütün siyasi məhbusların azadlığını təbləb edirik.