May 31, 2015 17:11 Asia/Baku
  • İnsan Haqları Gözətçisi: Ərəbistan bir daha Yəmənə qarşı kaset bombalardan istifadə edib
    İnsan Haqları Gözətçisi: Ərəbistan bir daha Yəmənə qarşı kaset bombalardan istifadə edib

İnsan Haqları Gözətçisi bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı hücumlarda kaset bombalardan istifadə edib. Bu silah sivil əhali, xüsusilə də uşaqlar üçün ciddi təhlükə sayılır.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İnsan Haqları Gözətçisi bu gün bazar, bir hesabat yayaraq, Ərəbistanın kaset bombalardan istifadə etdiyini bildirib: "Qadağan olunmuş kaset bombalarından istifadə nəticəsində ən azı 2 sivil yaralanıb".
Bu məlumata görə, 27 aprel tarixində 2 sivil yəmənli Səədə vilayətində, Əmr kəndi yaxınlığında Ərəbistan qırıcılarından atılan kaset bombasının qəlpələrindən yaralanıb. 29 aprel tarixində də Ərəbistan ilə sərhəd məntəqədə yerləşən bir kənddə 4 mülki kaset bombasından yaralanıb. Yaralananlardan biri 10 yaşlı yeniyetmə olub.
İnsan Haqları Gözətçisi həmçinin bildirir ki, 23 may tarixində Ərəbistan qırıcıları bir daha kaset bombasından istifadə edərək, Səədə vilayətini hədəfə alıblar. Amma xoşbəxtlikdən zərərçəkən olmayıb. Buna baxmayaraq, bu bombalarda istifadə olunan partlayıcı maddələr dərhal partlamır və onunla təmas qurduqda partlayış baş verir. Bu da insanın ölümünə və ya ağır yaralanmasına yol aça bilir.
İnsan Haqları Gözətçisinin araşdırıcısı olan Oli Sulfang da Ərəbistanın başçılıq etdiyi Ərəb Koalisiyasının Yəmənə qarşı hücumlarda kaset bombalardan istifadə etdiyini təsdiq edərək, deyib: Ərəbistan bilməlidir ki, bu növ silahlardan istifadə etmək sivil əhali, xüsusilə də uşaqlar arasında ciddi tələfata səbəb olur.

Teqlər