Livan Hizbullahı İŞİD-in mövqelərinə hücum edib
İyun 19, 2015 14:35 Asia/Baku
-
Livan Hizbullahı İŞİD-in mövqelərinə hücum edib
Livan Hizbullahı qüvvələri İŞİD-in Livanın şimal-şərqində yerləşən mövqelərini hədəfə alıb.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Livan Hizbullahı qüvvələri bu gün Livanın şimal-şərqində, Ərsal şəhərinin ətrafında yerləşən Suriya ilə sərhəd Xərbə Həmam məntəqəsində İŞİD-in iki hərbi avtomobilini məhv edib. Bu iki hərbi maşında olan İŞİD terrorçuları da həlak olub. Livan ordusu və Hizbullah qüvvələri ötən 3 həftə ərzində Livanın Suriya ilə sərhəd məntəqələrində İŞİD terrorçularına qarşı geniş əməliyyata başlayıblar. İndiyə kimi Suriyanın ümumi sahəsi 830 kvadrat kilometr olan Qələmun məntəqəsinin 550 kvadrat kilometrlik bir hissəsini terrorçulardan təmizləyiblər.