Avropa İttifaqı söz azadlığını pozmaqda ittiham olundu
İyun 25, 2015 09:21 Asia/Baku
-
Avropa İttifaqı söz azadlığını pozmaqda ittiham olundu
Rusiya Avropa ittifazını söz azadlığını pozmaqda ittiham etdi.
İTAR TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat yayaraq, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerininin Rusiya medialarına qarşı təklifini Rusiyanın beynəlxalq media səhnəsindəki iştirakına qarşı aşkar mübarizə adlandırıb.bu bəyanatda deyilir: Avropa İttifaqı bəzi rus jurnalistlərə qarşı məhdudiyyətlər tətbiq etməklə Rusiya mediaları üçün də məhdudiyyətlər yaratmağa çalışırlar.
Moqerini 23 iyun tarixində Avropa Şurasının iclasında Kremlin təbliğatlarına qarşı strateji tədbirlərin görülməsini istəyib.
Rusiya və Avropa İttifaqı əlaqələri Ukrayna böhranı ilə əlaqədar gərgindir və tərəflər bir-birinə qarşı cəza tədbirlərinə əl atırlar.