ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i195173-atƏt_ermənistanı_öhdəliklərə_əməl_etməyə_çağırıb
"ATƏT-in başqa iştirakçı dövlətləri kimi Ermənistan da dinc sərbəst toplaşmaq haqqını müdafiə və təşviq etməklə bağlı öhdəlik götürüb. Odur ki, Yerevanda etiraz aksiyası keçirənlərin haqqına hörmətlə yanaşılmalıdır". Bunu ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosunun direktoru Mixael Georq Link bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2015 09:32 Asia/Baku
  • ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb
    ATƏT Ermənistanı öhdəliklərə əməl etməyə çağırıb

"ATƏT-in başqa iştirakçı dövlətləri kimi Ermənistan da dinc sərbəst toplaşmaq haqqını müdafiə və təşviq etməklə bağlı öhdəlik götürüb. Odur ki, Yerevanda etiraz aksiyası keçirənlərin haqqına hörmətlə yanaşılmalıdır". Bunu ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosunun direktoru Mixael Georq Link bildirib.

O, rəsmi Yerevanı güc tətbiqindən, şübhəli həbslər, qərəzli mühakimələr etməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zor tədbiq etməklə dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub.