Putin Rusiyanın Qərbə olan sanksiyalarınn müddətini uzatdı
İyun 25, 2015 14:31 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərə olan qarşılıqlı sanksiyalarınn müddətini daha bir il üçün uzatd.
İRNA-nın məlumatına görə,"Rossiskaya Qazeta" bugünkü sayında yazır: Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə deyib: Bu gündən etibarən qarşılıqlı sanksiyaları daha bir il üçün uzadırıq. Bu, Rusiyada kənd təsərrüfatı istehsalçıları üçün yaxşı dəstək olacaq.Putinin bu qərarı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların müddətini 2016-cı ilin yanvarına kimi uzatmasına cavab olaraq çıxarılıb.
Rusiyanın Avropa Birliyinə qarşı sanksiyaları kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına şamil olur. Rusiya ötən ilin avqust ayından bu sanksiyaları tətbiq edib.
Amerika və Avropa Birliyi ötən ilin Aprel ayından indiyə kimi Ukraynada baş verənlərə müdaxilə etməsinə görə cəzalandırmaq məqsədi ilə sanksiyalara məruz qoyublar.