İyun 28, 2015 17:21 Asia/Baku
  • Pyort Poroşenko
    Pyort Poroşenko

Ukrayna prezidenti bu ölkənin Avropa Birliyinə qoşulmaq üçün namizəd olmasına ümidvar olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının İnterFax Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna prezidenti Pyort Poroşenko bu ölkədə icra olunan islahatlar barəsində razılığını bildirərək deyib: Ukrayna gələcək illərdə Avropa Birliyinə qoşulmaq üçün namizədlik haqqını əldə edəcəkdir.
Poroşenkonun qənaətincə, bu məsələ icra olunan islahatlar sayəsində əldə olunasıdır.
Halbuki müxalif liderlərdən biri Aleksandr Zaxarçenko şənbə günü Ukrayna prezidenti Pyotr Poroşenkonu yalançılıqda suçlayıb.
Zaxarçenko Poroşenkonun son bəyanatını Minsk anlaşması qarşısında Kiyevin öhdəliklərini yerinə yetirməmək üzrə həqiqəti gizlətmək üçün əsassız səy adlandırıb.
Ukrayna prezidenti Pyotr Poroşenko cümə günü bu ölkə konstitusiyası islahatında Donbas nümayəndələrini əməkdaşlığını vurğulayaraq Minsk anlaşması ilə bağlı Kiyevin öhdəliklərinin reallaşdığını bildirib.

Teqlər