İyul 02, 2015 09:14 Asia/Baku
  • Ukrayna prezidenti konstitusiyanın islahı üçün layihə təklif etdi
    Ukrayna prezidenti konstitusiyanın islahı üçün layihə təklif etdi

Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün bölgələrə əlavə səlahiyyətləri nəzərdə tutan konstitusiyanın islahı layihəsini parlamentə təqdim edib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna hökuməti bildirib ki, yeni layihə Minsk-2 sülh anlaşmalarının icrası çərçivəsində təqdim olunub və regional və yerli şuralara əlavə səlahiyyətlər verir.
Ukrayna hökumətinin layihəsinin təsdiqlənməsi ilə bölgələrdə başçılarını prezidentin təyin etdiyi şuralar ləğv olunacaq. Ukrayna hökuməti müxaliflərinin istədiyinin əksinə olaraq, Poroşenko hökumətinin layihəsi bölgələrə nəzarət üçün yarım muxtariyyət vəziyyətini özündə ehtiva etmir.
Bu vəziyyətin əldə olunması yalnız ayrıca qanunun təsdiqlənməsi ilə reallaşacaq və 3 ildən tez bir zamanda mümkün olmayacaqdır.

Teqlər