Avropada ən böyük Fitr namazı İngiltərədə qılındı
İyul 19, 2015 17:09 Asia/Baku
-
Avropada ən böyük Fitr namazı İngiltərədə qılındı
Bu il Avropada ən böyük Fitr namazı İngiltərənin Birminqam şəhərində qılınıb.
İKNA xəbər agentliyinin verdiyi məlumata görə, İndependent qəzeti yazır: Təqribən 60 min müsəlman Birminqam şəhərinin Smal His parkında qılınan Fitr bayramı namazında iştirak edib.Artıq 3 ildir ki, ardıcıl olaraq bu parkda Fitr bayramı namazı qılınır. İlk dəfə bu parkda qılınan bayram namazında iştirak edənlərin sayı bir neçə min nəfər idisə, ikinci il bu rəqəm 44 min nəfərə çatmışdı. Bu il isə Fitr bayramı namazında iştirak edənlərin sayı 60 min olub.
İslam dini İngiltərədə ikinci böyük din sayılır və təqribən 3 milyon davamçısı vardır.
Son illər ərzində İngiltərədə müsəlmanların sayı çox sürətli artıma malik olub. Bəzi analitiklər belə düşünürlər ki, 2050-ci ilə qədər İngiltərə əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edəcək.