ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
Avq 12, 2015 08:45 Asia/Baku
-
ATƏT müşahidəçiləri Donbasda atəşə tutulub
ATƏT müşahidəçiləri ötən gün növbəti dəfə Donbasda atəşə tutulub.
APA-nın verdiyi xəbərə görə, bu barədə təşkilatın hazırkı sədri, Serbiya XİN rəhbəri İvitsa Daçşiçin bəyanatında bildirilir.ATƏT rəhbəri qeyd edib ki, bu hadisədən sonra o növbəti dəfə münaqişə tərəfləri Xüsusi monitorinq qrupunun işinə əngəl törətməməyə çağırıb.
Bundan əvvəl Ukrayna XİN-i Donbasda atəşkəsin pozulması təhlükəsi olduğundan Rusiya hakimiyyətini tədbir görməyə çağırıb.
Qeyd edək ki, avqustun 10-na keçən gecə Donetskdə naməlum şəxslər ATƏT müşahidə missiyasına məxsus 7 avtomobil yandırıb.