Texasda gənc bir amerikalı edam edildi
Avq 13, 2015 23:01 Asia/Baku
-
Texasda gənc bir amerikalı edam edildi
ABŞ-ın Texas Ştatında bir zindan rəsmiləri 27 yaşlı gənc barəsində çıxarılan edam hökmünü icra ediblər. Bu gənc 2009-cu ildə sabiq bir polis zabitini qətlə yetirməkdə ittiham edilirdi.
Röytersin verdiyi məlumata görə, Texasın Hantsvil zindanından verdiyi məlumata görə, Daniyel Luiz dünən çərşənbə günü, zəhərli iynə vurularaq, edam edilib.Bu arada Vaşinqton Post qəzeti edam hökmləri ilə bağlı yaranmış vəziyyəti tənqid edərək, yazıb: ABŞ rəsmiləri ölkədəki edam hökmləri ilə bağlı ümumi statistikaya nəzər salmalıdırlar.
Yaranan qalmaqalların ardınca, ABŞ prezidenti Barak Obama edam hökmlərinin icrası məsələsinin yenidən araşdırılması barədə göstəriş verməyə məcbur olub. Obama etiraf etməli oldu ki, ABŞ-ın məhkəmə sistemindəki problemlər xeyli çoxdur. Xüsusilə məhkəmə prosesləri zamanı, irqçilik baxışları çıxarılan məhkəmə qərarlarında böyük təsirə malikdir. Həmçinin, etiraf edilib ki, Amerikada barəsində edam hökmü çıxarılan bir çox insanların, sonralar günahsız olduğu aydınlaşıb.