Avq 20, 2015 08:47 Asia/Baku
  • Yunanıstana 86 milyard avro məbləğində yardım proqramı təsdiqlənib
    Yunanıstana 86 milyard avro məbləğində yardım proqramı təsdiqlənib

Avropa Sabitləşdirilmə Mexanizminin Direktorlar Şurası Yunanıstana 86 milyard avro məbləğində yardım proqramını təsdiqləyib.

Səhər telekanalının xarici medialara istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın NEWSIT nəşri məlumat yayıb.

Məlumata görə, yardımın birinci hissəsinin həcmi 26 milyard avro təşkil edəcək, bu məbləğdən 10 milyard avro Yunanıstan banklarının bərpası və maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, bundan əvvəl Almaniya parlamenti Yunanıstana 86 milyard avro məbləğində yardımım ayrılmasını dəstəkləyib.

Qeyd olunan proqram daha əvvəl avqustun 14-də Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan tələb olunan islahatları həyata keçirməlidir.

Teqlər