Seyran Ohanyan: “ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik olmamalıdır”
https://azeri.sahartv.ir/news/dünya-i196967-seyran_ohanyan_atƏt_minsk_qrupunun_həmsədr_ölkələrinin_sayında_dəyişiklik_olmamalıdır_
“Hazırda fəaliyyət göstərən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun formatı saxlanılmalıdır”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2015 04:06 Asia/Baku
  • Seyran Ohanyan: “ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik olmamalıdır”
    Seyran Ohanyan: “ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik olmamalıdır”

“Hazırda fəaliyyət göstərən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun formatı saxlanılmalıdır”.

Səhər telekanalının APA-ya istinadən verdiyi xəbərə görə, bunu avqustun 21-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

“Mən Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll oluna bilməyəcəyini anlayaraq, Minsk Qrupunun fəaliyyətinə müsbət yanaşıram”, deyə Ohanyan qeyd edib. Onun sözlərinə görə, ATƏT Minsk Qrupunun fəaliyyəti münaqişə tərəfləri arasında müəyyən sülhün yaranmasına səbəb olub.

“Biz hesab etmirik ki, ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik edilməlidir. Əlbəttə, bu gün ATƏT Minsk Qrupunun siyasi potensialının müəyyən dərəcədə zəiflədiyi müşahidə olunur. Mən Rusiya ilə ABŞ və Avropa ölkələri arasında fikir ayrılığını nəzərdə tuturam, lakin bu onların vasitəçi fəaliyyətlərindəki effektiv işinə maneələr yaratmır”, deyə Ohanyan bildirib.