Şimali və Cənubi Koreyalar danışıqların davam etməsi haqda razılaşıblar
https://azeri.sahartv.ir/news/dünya-i196991-Şimali_və_cənubi_koreyalar_danışıqların_davam_etməsi_haqda_razılaşıblar
Şimali və Cənubi Koreyaların başçıları çəkişmələri azaltmaq məqsədilə danışıqların ikinci dövrünü keçirmək barədə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2015 05:30 Asia/Baku
  • Şimali və Cənubi Koreyalar danışıqların davam etməsi haqda razılaşıblar
    Şimali və Cənubi Koreyalar danışıqların davam etməsi haqda razılaşıblar

Şimali və Cənubi Koreyaların başçıları çəkişmələri azaltmaq məqsədilə danışıqların ikinci dövrünü keçirmək barədə razılaşıblar.

Cənubi Koreya prezidentliyinin sözçüsü Min Kiyunq-Vuuk deyib ki, bu ölkənin milli təhlükəsizlik müşaviri Kim Kvan Jim və birlik naziri Hunq Yunq Pyo, eləcə də Şimali Koreya ordusunun siyasi idarəsinin rəisi Hvanq Pyonq So və bu ölkənin Fəhlə Partiyasının başçılarından olan Kim Yanq Qun on saat dialoqdan sonra bazar günü səhər bu danışıqları dayandırıb və razılaşıblar ki, bir daha saat 15-00-da və ixtilafları azaltmaq məqsədilə görüşsünlər.
Bu razıllq iki tərəfin iki Koreyanı silahlı toqquşma astanasında qoymuş böhranın həlli barədə nəticəyə çatmamasından sonra əldə olunub.
Sərhəd Panmoncum kəndində keçirilən bu danışıqlar şənbə günü Şimali Koreyanın sərhədin o tayında təbliğat ruporlarının fəaliyyətini dayandırmaq barədə Seul üçün təyin etdiyi möhlət başa çatandan sonra başlandı.