Avq 31, 2015 10:28 Asia/Baku
  • Üç Avropa ölkəsi mühacirət böhranının araşdırılmasını istəyib
    Üç Avropa ölkəsi mühacirət böhranının araşdırılmasını istəyib

Avropa məkanında yerləşən 3 məlum ölkə Avropa qitəsinə mühacirət böhranının tez bir zamanda araşdırılmasını istəyib.

Frans Pressin məlumatına əsasən Almaniya, Fransa və İngiltərə bir bəyanatda Avropa qitəsində mühacirət böhranının araşdırılması üçün AB-nə üzv ölkələrin daxili işlər və ədliyyə nazirlərinin fövqəladə bir iclası təşkil etmələrini istəyiblər.
Daxil olan məlumata əsasən bazar gün Parisdə Avropa ölkələrindən bir qrupun nəqliyyat təhlükəsizliyi mövzusunda keçirilən iclasın kənarında Almaniya , Fransa və İngiltərə Avropa Birliyinin rəyasət heyətindən istəyiblər ki Aİ-na üzv ölkələrin daxili işlər və ədliyyə nazirləri Avropaya mühacirət böhranı mövzusunu gələn iki həftədə diqqət mərkəzində qərar versinlər.
BMT-nin qaçqın məsələləri üzrə ali komissarının sözçüsünün dediklərinə görə Avropaya daxil olmaq istəyən 300 min mühacirin 200 min nəfəri Yunanıstan və qalan 100 min nəfəri İtaliyaya daxil olublar.

Teqlər