İranın sərbəst güləş üzrə yığma komandası dünya ikincisi oldu
Sen 13, 2015 11:05 Asia/Baku
İranın sərbəst güləş üzrə yığma komandası Amerikanın Las Veqas şəhərində keçirilən dünya çempionatında 7-ci dəfə olaraq dünya ikincisi ünvanına yiyələnib.
İranın sərbəst güləş üzrə yığma komandası dünya çempionatına ilk dəfə qatılan 6 güləşçi ilə Amerikada keçirilən yarışlara qatılmışdı. Yarışların sonunda İran yığması ikinci yeri özünə aid edib. Birinci yerdə isə Rusiya yığması dayanıb.İranın sərbəst güləş üzrə yığma komandası bu yarışlarda Olimpiya yarışlarında iştirak üçün nəzərdə tutulmuş 6 vəsiqədən 5-ni əldə etməyə nail olub. Beləliklə İranın sərbəst güləş üzrə yığma komandası Rio De Janeyroda keçiriləcək Olimpiya yarışlarında 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələri üzrə iştirak vəsiqəsini əldə edib. Yalnız 125 kg çəki dərəcəsi üzrə Olimpiya yarışlarında iştirak vəsiqəsini əldə etmək mümkün olmayıb.
Sərbəst güləş üzrə 46-cı dünya çempionatı sentyabrın 10-dan 13-nə kimi Las Veqas şəhərində keçirilib.