Ərəbistan Həcc mərasimini təşkil etməkdən acizdir
Sen 14, 2015 11:23 Asia/Baku
Fars Körfəzi Məsələləri müəssisəsinin müdiri Ali-Səud rejiminin Həcc mərasimini təşkil etməkdə aciz olduğunu deyib.
Əli əl-Əhməd bazar günü Təsnim xəbər agentliyi ilə müsahibədə Məkkə hadisəsinin lazımi standartlara riayətin edilməməsinə görə baş verdiyini deyərək, Ali-Səud rejiminin Həcc mərasimini təşkil etməyə qadir olmadığını vurğulayıb.Ərəbistanlı təhlilçi iri layihələrin nüfuzlu şəxslərə verilməsinə və onlar arasında korrupsiyanın geniş yayılmasına işarə edərək, deyib: Məscidül-Həramda baş verən hadisə Ərəbistan rəsmilərinin səhlənkarlıqlarının yol açdığı aşkar bir cinayət idi.
Əl-Əhməd Ali-Səud rejiminin Həcc mərasiminin keçirilməsi və zəvvarların təhlükəsizliyinin təmin edilməsi məsələsinə laqeyd münasibətini tənqid edərək, deyib: Ərəbistanda zəvvarların təhlükəsizlik məsələləri ilə bağlı problemlərin uzun keçmişə malik olmasını nəzərə alaraq, səudiyyəlilər bu mərasimin keçirilməsi üçün İslam ölkələri ilə əməkdaşlıq etməlidirlər.
Ərəbistanlı analitik Ərəbistan rəsmilərinin zəvvarların təhlükəsizliyinin təmin edilməsi məsələsində məsuliyyətli davranmalı olduqlarını vurğulayaraq, deyib: Zəvvarların təhlükəsizliyinin təmin edilməsi üçün Ərəbistan dövlətinə təzyiq göstərilməlidir.
Cümə günü Məkkədə bir qaldırıcı kranın aşması 107 zəvvarın ölümünə yol açıb. Bu faciədə 238 nəfər də yaralanıb.