ABŞ Senatı və respublikaçıların nakam çabaları
Sen 16, 2015 10:07 Asia/Baku
ABŞ Senatının demokrat üzvləri çərşənbə axşamı bir daha respublikaçıların İran və dünyanın böyük qüdrətləri arasında əldə olunmuş anlaşma əleyhinə cəhdini nakam qoyublar.
İRNA-nın məlumatına görə, informasiya mənbələri bildirirlər ki, ABŞ Senatının İran və dünya qüdrətləri arasında əldə olunmuş nüvə anlaşması ilə bağlı aparılan müzakirələrin "kafi" elan edilməsi və barəsində səsvermənin keçirilməsi üzrə 2-ci iclası çərşənbə axşamı Respublikaçılar fraksiyası başçısının çıxışı ilə keçirilib.Ötən həftə demokratların 42 əleyhinə səslə müzakirələrin "kafi" elan edilməsi və nüvə anlaşması barədə səsvermənin keçirilməsi ilə müxalifət etməsinin ardınca senator Miç Mək Kanel qarşıdan gələn çərşənbə axşamı günü bu barədə bir daha səsvermənin keçiriləcəyindən xəbər vermişdi.
ABŞ Senatının dünənki iclasında İran və dünya qüdrətləri arasında əldə olunan nüvə anlaşmasının lehinə və əleyhinə çıxışlar edildi. 5 saat davam edən iclasın sonunda Miç Mək Kanel bir daha müzakirələrin "kafi" elan edilməsi barədə səsvermənin keçirilməsini istədi.
ABŞ Senatı İranın nüvə işi ilə bağlı müzakirələrin yekunlaşdırılması və barəsində səsvermənin keçirilməsi qərarını çıxartmaq üçün 100 senatordan 60-nın lehinə səsinə ehtiyaclı idi. Amma, 56 lehinə səs müqabilində 42 əleyhinə səs ilə Respublikaçıların bu istəyi baş tutmayıb.
Mək Kanel çərşənbə axşamı keçirilən bu iclasın əvvəlində İran ilə nüvə anlaşması məsələsini ABŞ Konqresinin xarici siyasət üzrə ən mühüm məsələsi adlandırmış, Barak Obama hökumətinin və onun demokrat himayədarlarının bu mühüm məsələ ilə bağlı Konqresdə səsvermənin baş tutmasına mane olmalarını qınayıb.
Senatın iclasında Vyanada İranın nüvə işi ilə bağlı əldə olunmuş anlaşma ilə müxalif olanlar öz çıxışlarında, keçmişdə səsləndirilən fikirlərlə müqayisədə hansısa yeni fikir irəli sürməyiblər. Senatda azlıqda olan Demokratlar fraksiyasının başçısı Heri Rid isə senator Mək Kanelin çıxışına cavab olaraq deyib: Onun sözlərində yeni olan nəsə yox idi.
Obama hökuməti sanksiyaların İranı müzakirə masasına çəkmək üçün olduğunu deyərək, sonsuz sanksiyaların tətbiq edilməsi yolu ilə İranın nüvə fəaliyyətlərinin inkişafına mane olmağın qeyri-mümkün olduğunu bildirir.