Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil olunmalıdır
Sen 21, 2015 15:22 Asia/Baku
Suriyanın İslam Vəhdəti Araşdırmalar mərkəzinin rəhbəri Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün təcili olaraq islam ölkələrindən ibarət heyətin təşkil olunmasının vacibliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriyanın İslam Vəhdəti Araşdırmalar Mərkəzinin sədri Əbdürrəhman Əli əl-Zəl Fars Xəbər Agentliyinə verdiyi müsahibədə yük kranının Məscidül-Harama aşması və yüzlərlə zəvvarın ölməsi və yaralanması ilə bağlı Ali-Səud rejiminin cinayətinə toxunaraq deyib: İslam ölkələri tez bir zamanda müqəddəs məkanlar olan Məkkə və Mədinənin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil etməlidirlər.Suriya İslam Vəhdəti Araşdırmalar Mərkəzinin rəhbəri səudiyyə rejiminin islam dininə zərbə vurmaq istiqamətində addım atdığını bildirərək əlavə edib: Bu rejim bütün dünyada terror qruplaşmalarının hamisi olaraq onlardan Suriya vətəndaşlarının və sionist-amerikalı təyyarələrdən Yəmən vətəndaşlarının kütləvi qırğınında istifadə edir.
11 sentyabrda Məkkədə güclü qasırğa nəticəsində qaldırıcı yük kranı Məscidül-Haramın içinə aşdı. Nəticədə yüzlərlə zəvvar həlak oldu və yaralandı.