Sen 29, 2015 13:48 Asia/Baku
  • Kanadanın Su Sent Meri şəhərində ilk məscid
    Kanadanın Su Sent Meri şəhərində ilk məscid

Kanadanın Ontario bölgəsinin Su Sent Meri şəhərinin mərkəzi hissəsində ilk məscidin inşasına başlanılıb.

Beynəlxalq Quran Xəbər Agentliyi- İKNA-nın məlumatına görə, qeyd olunan şəhərdəki Su Dis Vik jurnalının binası məscidin və islami cəmiyyətin inşası üçün bərpa olunmaqdadır.
Bu şəhərin müsəlmanları son aylarda öz ictimai və dini tədbirlərini, o sıradan uşaqların Quran dərsləri və cümə namazlarını kiçik bir müsəllada keçirirdilər.
Su Sent Meri məscidi 2015-ci ilin noyabr ayının əvvəllərində açılacaq.
Su Sent Meridə rəsmən tanınmış ilk məscidin tikintisi, bu şəhərdəki bir qrup müsəlman həkimin səylərinin nəticəsidir.
Müsəlmanların ilk qrupu təqribən iki həftə bundan öncə Su Sent Meri şəhərinə çatıbdır və hazırda bu şəhərdə təqribən on müsəlman ailəsi və təqribən iki yüz tələbə yaşayır.

Teqlər