Fransada müsəlman məktəblilərə zorla donuz əti yedizdirilir
Okt 14, 2015 22:33 Asia/Baku
Fransada müsəlman məktəblilərin qida rasionuna donuz ətinin daxil edilməsi ölkədə yeni qalmaqala səbəb olub.
Əl-Yəum əl-Sabii informasiya portalının verdiyi məlumata görə, İngiltərədə çıxan Qardiyan qəzeti bu məsələni araşdıraraq, yazıb: Fransa məktəblərində hicabdan istifadənin qadağan edilməsindən illər sonra, indi də orta məktəblərdə donuz ətinin məktəblilər üçün nəzərdə tutulmuş məcburi qida rasionuna daxil edilməsi yeni qalmaqala səbəb olub.Donuz ətinin İslam dinində haram olmasını nəzərə alaraq, hazırda donuz ətinin məktəblilər üçün qida rasionuna daxil edilməsi ciddi qalmaqal yaradıb.
Fransa məktəblərində məktəblilərin məcburi qida rasionundan müsəlmanlara qarşı sui-istifadə edilməsi bir çox valideyn, müəllim və solçu partiyaların etirazlarına səbəb olub.