7000 MDB vətəndaşı İŞİD-in üzvüdür
Noy 10, 2015 16:35 Asia/Baku
Sabiq Sovet İttifaqı respublikalarından 7000-ə yaxın insan İraq və Suriyada İŞİD terror qruplaşmasına qoşulub.
İTAR TASS bildirir ki, Rusiyanın Federal Təhlükəsizlik Bürosunun sədr müavini Yevgeni Sisoyev İŞİD-in sıralarına qoşulan terrorçuların sayının 80 min nəfərə çatdığını deyərək, 50 minə yaxın terrorçunun Suriyada olduğunu təxmin edib.Sisoyev əlavə edib: 30 minə yaxın İŞİD terrorçusunun xarici ölkə vətəndaşlarından ibarət olduğu güman edilir. Onların çox Yaxın Şərq və Şimali Afrika ölkələrindən bu qrupa qoşulublar.
Digər ölkə vətəndaşlarının İraq və Suriyada terrorçu qruplaşmalara qoşulması tendensiyası bir çox ölkə üçün bir nömrəli təhlükəsizlik məsələsi sayılır.