Sanksiyaların aradan qaldırılması üçün Aİ, ABŞ və İranın məşvərət iclası keçirilib
Noy 14, 2015 17:34 Asia/Baku
Nüvə anlaşması əsasında sanksiyaların aradan qaldırılması ilə bağlı bəyanatlar və təlimatların tənzimlənməsi üçün Cenevrədə Avropa İttifaqı, Amerika və İranın məşvərət iclası keçirilib.
Fars xəbər agentliyinin məlumatına görə, Avropa İttifaqı və Amerikanın nümayəndələri, İran Xarici İşlər Nazirliyinin hüquqşünaslar komandası və İranın Mərkəzi Bankının nümayəndəsinin iştirakı ilə keçirilən bu doqquz saatlıq iclasda amerikalı və avropalı tərəflərin nüvə anlaşması əsasında öz öhdəliklərini icra etmək üçün verəcəkləri təlimatların məzmununun çərçivəsi ətrafında fikir mübadiləsi aparılıb.İclasda İranın nümayəndə heyəti təyin olunmuş zamanda sanksiyaların aradan qaldırılması üzrə icra təlimatlarının tənzimi zərurətini vurğulayaraq, bu təlimatların mətnində dərc olunmaq üçün konkret təkliflər veribdir.
İran və Altılıq üzvləri nüvə anlaşmasının icra olunacağı 15 dekabr gününədək bir sıra öhdəliklərə malikdirlər və onları həyata keçirməlidirlər. Altılığın üzvləri üzərlərinə öhdəlik götürüblər ki, İrana qarşı sanksiyaların ləğvi üçün qanuni və icra baxımından lazım olan zəminləri İranla ahəngdarlıqla hazırlasınlar.