Amerika rəsmiləri vətəndaşların dinlənilməsi proqramını davam etdirməyə çalışırlar
Noy 18, 2015 20:52 Asia/Baku
Amerikada respublikaçılar terror hücumları bəhanəsi ilə bu ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi proqramını davam etdirməyə çalışırlar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Vaşinqton Times qəzeti bir məqalədə yazıb: Amerika Senatında Arkanzas ştatının respublikaçı senatoru Tom Katen deyib: Amerika hökuməti məlumatların toplanılmasına ehtiyaclıdır ki, istənilən gələcək hücumun qarşısını alsın.Respublikaçı senator Amerikanın Milli Təhlükəsizlik Agentliyinin telefon danışıqlarının dinlənilməsi və qeydə alınması üzrə proqramının davam etməsi üçün səyini açıqlayıb və bir layihə təklif edib. Bu layihə təsdiqləndiyi halda Barak Obama hökuməti vətəndaşların telefon danışıqlarının dinlənilməsi, qeydə alınması və bu məlumatların ehtiyatda saxlanılması proqramını hökumət tərəfindən əvəzedici proqram hazırlanana qədər davam etdirməli olacaq.
ABŞ Konqresi 2015-ci il 29 noyabrı Milli Təhlükəsizlik Agentliyində telefon danışıqlarının dinlənilməsi və məlumatların toplanması qanunun tətbiqi üçün son gün təyin edib. Bu təhlükəsizlik qurumu bu tarixdən sonra qeyd olunan proqramı sona çatdırmalıdır.
ABŞ Senatının əksəriyyətinin rəhbəri Miç Makkanl da deyib: Son Paris terror aktları yeni fürsət yaradıb ki, məlumatların toplanması üçün yeni vasitələr ardınca olaq.
Amerika Milli Təhlükəsizlik Agentliyinin hazırkı proqramına əsasən bu ölkə hökuməti vətəndaşların telefon danışıqlarını 5 il müddətinə qeydə alır və saxlayır.