TŞ terrorizm əleyhinə qətnamə qəbul etdi
Noy 21, 2015 10:40 Asia/Baku
-
TŞ terrorizm əleyhinə qətnamə qəbul etdi
BMT Təhlükəsizlik Şurası İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq səylərin koordinasiya edilməsi məqsədi ilə terrorizm ilə mübarizə qətnaməsini qəbul edib.
İRİB-nin məlumatına görə 2249 saylı qətnamə Təhlükəsizlik Şurasının bütün üzvlərinin lehinə səsi ilə təsdiq edilib.Fransanın BMT TŞ-dəki daimi nümayəndəsi bu qətnamənin təsdiq edilməsi üçün təşkil edilən iclasda deyib: İŞİD-ə qarşı əməliyyatlarımızı artıracağıq.
O, əlavə edib: Avropa ölkələrindən istəyirik ki, terrorizm ilə mübarizədə daha artıq həmrəy olsunlar.