Dek 01, 2015 09:55 Asia/Baku
  • Putin: Rus qırıcısı İŞİD neftini qorumaq üçün vurulub
    Putin: Rus qırıcısı İŞİD neftini qorumaq üçün vurulub

Rusiya prezidenti deyib: Türkiyə İŞİD terror qruplaşması tərəfindən neftin qaçaq olunmasını qorumaq və davam etdirmək üçün Rusiyanın qırıcı təyyarəsini vurub.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ankaranı ittiham edib ki, ötən həftə İŞİD qruplaşmasının Türkiyəyə təhvil verdiyi qaçaq olunan nefti qorumaq üçün Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 qırıcı təyyarəsini vurub.
Rusiya prezidenti Fransa paytaxtı Parisdə Beynəlxalq Su və İqlim Konfransının kənarında keçirdiyi mətbuat konfransında bildirib: Bütün lazımi sənədlər göstərir ki, İŞİD-in Türkiyəyə doğru neft göndərən yollarının qorunması məqsədilə Rusiyanın qırıcı təyyarəsinin vurulması üçün qərar verilib.
Türkiyə ordusunun bu ölkə sərhədi yaxınlığında Suriya hava zolağında Rusiyanın Su-24 qırıcı təyyarəsini vurması Moskva və Ankaranın əlaqələrinin gərginləşməsi ilə nəticələnib və iki tərəfin iqtisadi sektoruna güclü təsir göstərib.
Rusiya prezidenti Vladimir Putin həmçinin deyib: Rusiya İŞİD qruplaşmasına qarşı koalisiya təşkil etmək üçün çalışacaqdır.

Teqlər