Efiopiyada məscidin yaxınlığında partlayış baş verib, 24 nəfər xəsarət alıb
Dek 12, 2015 12:07 Asia/Baku
-
Efiopiyada məscidin yaxınlığında partlayış baş verib, 24 nəfər xəsarət alıb
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə məscid yaxınlığında partlayış baş verib.
Xarici mediaların verdikləri məlumata görə, nəticədə 24 nəfər yaralanıb.
Onlardan beşinin vəziyyəti ağır elan olunub.
İlkin məlumata əsasən, Əddis-Əbəbənin ən böyük məscidlərindən birinin yaxınlığında əl qumbarası partladılıb.
Partlayışa görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.