Dek 13, 2015 10:17 Asia/Baku
  • İqlim protokolu Paris iclasında təsdiq edildi
    İqlim protokolu Paris iclasında təsdiq edildi

BMT-nin İqlim protokolu iki həftə davam edən müzakirələrin ardınca şənbə günü Parisdə 195 ölkənin nümayəndələri tərəfindən təsdiq edildi.

İRİB-nin Parisdən verdiyi məlumata görə, bu sənədə əsasən, ilk dəfə olaraq bütün ölkələr çirkləndirici qazların azaldılması barədə üzərinə öhdəlik götürmüş olub.

Bu sənədin qəbul edilməsində məqsəd dünyanın karbohidrogen ehtiyatları üzərində qurulmuş iqtisadiyyatını qarşıdan gələn bir neçə onillik ərzində dəyişmək və yer kürəsinin qızışması prosesinin sürətini azaltmaqdır.

Bu anlaşma həmçinin, iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün təqribən 100 milyard dollar vəsaitin ayrılması üçün bir sıra öhdəliklər nəzərdə tutub.

Ekspertlər bildirirlər ki, temperaturun artması yer kürəsini məhvə doğru sürükləyə bilər. Sel, tufan və okean sularının yüksəlməsi əslində yer kürəsinin qızışmasının nəticəsidir.

Teqlər