ABŞ-da daha 2 məscid hədəfə alınıb
-
ABŞ-da daha 2 məscid hədəfə alınıb
ABŞ-ın federal polisi Kaliforniya ştatında iki məscidin hücuma məruz qaldığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Kaliforniya polis rəsmiləri şənbə günü daha 2 məscidin hücuma məruz qaldığını bildiriblər.
Bu məlumata görə, şənbə günü sübh namazını qılmaq üçün məscidə gedən namazqılanlar iki məscidə hörmətsizliklə əlaqədar səhnələri görməklə təəccübləniblər.
Namazqılanlar polisə müraciət edərək həmçinin iki məscidin həyətində 2 qumbaranın aşkarlandığını bildiriblər.
Son vaxtlar Kaliforniya ştatında bir məscid yandırılmışdı.
Bu məscidlər Amerika prezidentliyinə respublikaçı namizəd Donald Trumpın islam əleyhinə açıqlamasından sonra hədəfə alınıb.
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trumpın bu ölkə müsəlmanları barəsində açıqlaması ardınca, cümə axşamı günü Amerikanın Filadelfiya şəhərində məscidə hörmətsizlik olunub.
Donald Trump müsəlmanların Amerikaya daxil olmasının qarşısının alınmasını istəyib.