Vəhdət həftəsi və əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludu mübarək!
Bu gün, cümə axşamı, rəbiuləvvəl ayının on ikisi, rəvayətə görə, İslamın Böyük Peyğəmbəri- Həzrət Muhəmməd Mustafa(s.ə.s)-in mövludunun ildönümü günü və vəhdət həftəsinin başlanğıcıdır.
Sünni əhlindən olan müsəlmanlar rəbiuləvvəl ayının on ikisi, şiələr isə bu ayın on yeddisini İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü bilirlər.
İllər bundan öncə İslam dünyasında vəhdət carçılarından olmuş İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə.) bu məsələdən islami firqələrin yaxınlaşmaları və birləşmələri üçün istifadə etidi və bu iki tarix arasındakı müddəti müsəlmanlar arasında vəhdət həftəsi adlandırdı.
Bu həftə, xüsusən fitnə və çaxnaşma ilə dolu olan bu zamanda İslam dünyasının həmrəylik və yekdillik zərurətinin daha cox diqqətlə araşdırılması üçün münasib fürsətdir.
İran İslam Respublikasının Teleradio Təşkilatı əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludu ilə zinətlənmiş mübarək vəhdət həftəsinin başlanğıcında bu mübarək münasibətlə bütün dünya müsəlmanlarını təbrik edir.