Fransada müsəlmanların namazxanası qarət olundu və islam müqəddəslərinə hörmətsizlik edildi
https://azeri.sahartv.ir/news/dünya-i201324-fransada_müsəlmanların_namazxanası_qarət_olundu_və_islam_müqəddəslərinə_hörmətsizlik_edildi
Fransa hökumətinin müsəlman vətəndaşlarla ayrı-seçkilik rəftarından sonra, Ajaksio şəhərinin Kers adasında bir qrup müslmanların namazxanalarından birinə hücum, onu dağıtmaqla yanaşı islam müqəddəslərinə hörmətsizlik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2015 06:52 Asia/Baku
  • Fransada müsəlmanların namazxanası qarət olundu və islam müqəddəslərinə hörmətsizlik edildi
    Fransada müsəlmanların namazxanası qarət olundu və islam müqəddəslərinə hörmətsizlik edildi

Fransa hökumətinin müsəlman vətəndaşlarla ayrı-seçkilik rəftarından sonra, Ajaksio şəhərinin Kers adasında bir qrup müslmanların namazxanalarından birinə hücum, onu dağıtmaqla yanaşı islam müqəddəslərinə hörmətsizlik edib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Fransa İnformasiya Agentliyi bu irqçilik cinayətini törədənlər üçün "etirazçılar" sözündən istifadə edib.

Fransa mediası bildirib ki, bu şəxslər namazxanının şüşələrini qırıb və onun otağını qarət ediblər. Onlar həmçinin müqəddəs Quran kitabını yandırmağa çalışıblar.

Fransa polisi Paris hücumlarından sonra müsəlmanların mənzil və məscidlərini icazə qərarları olmadan təftiş edir.

İŞİD terror qruplaşması 130 nəfərin ölümü ilə nəticələnən 3 noyabrda Parisdəki terror aktlarının məsuliyyətini üzərinə götürüb.